news Image
2012.05.08
11:43
| A A A
Təyyarə partlatma cəhdinin qarşısı alınıb

Mövqe.az "Euronews"a istinadən xəbər verir ki, Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA), Əl-Qaidə terror təşkilatının  Amerika sərnişin təyyarəsinə silahlı hücum planını aşkar edib.

Hadisə ilə bağlı ABŞ-ın Müdafiə Naziri Leon Panetta, nə lazımdırsa ediləcəyini dilə gətirib:

"Yaşanan hadisə ölkəmizə hücum etmək istəyənlərə qarşı ayıq olmamızın lazım olduğunu dəqiq şəkildə bildirir. Amerikanı qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik."

"CIA"-dan gələn məlumatda, aşkar olan hücum cəhdinin 2009-cu ildə Detroit şəhəri üzərində paltarındakı partlayıcını alışdırmağa çalışan ancaq uğur əldə etməyən və "alt paltar bombaçısı" olaraq xatırlanan adamın istifadə etdiyi üsula bənzədiyi bildirilir.


Ziba Yusiova

Movqe.Az