news Image
2019.11.22
13:35
| A A A
Bakıda evdən 3000 manat oğurlayan qardaşlar saxlanılıb

Bakıda evdən ötən ay oğurluq edən qardaşlar saxlanılıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Binə qəsəbəsindəki evlərdən birinin həyətindən 5 ev quşu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İ.Pirverdiyev və qardaşı saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların oktyabrın 31-də evlərin birindən 3000 manat oğurlamaları da müəyyən edilib.

money.az currency