Əlaqə Arxiv
news Image
2019.11.27
15:49
| A A A
Şəmkirdə 87 yaşlı kişini aldadıb qonaq apardılar, sonra soydular

Şəmkir rayonunda yaşlı kişi qarət olunub. Mövqe.az-ın məlumatına görə, hadisə Şəmkir şəhəri ərazisində baş verib.

Şəmkir rayonunun Sarıtəpə kənd sakini, 1932-ci il təvəllüdlü İbrahimov Dostumalı Nəcəfalı oğlu Şəmkir şəhərinə gəlib. D.İbrahimov şəhər ərazisində üzdən tanıdığı bir nəfər şəxslə rastlaşıb və həmin şəxs çay içmək adı ilə onu evinə dəvət edib.

Dəvəti qəbul edən D.İbrahimov həmin şəxslə onun evinə gedib. D.İbrahimov evə daxil olarkən ev sahibi onu döyərək cibində olan 350 manatını götürüb, daha sonra taksiyə mindirərək Sarıtəpə kəndindəki evinin qarşısında düşürüb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində cinayət işi başlanıb, hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Sizin Reklam Yeriniz