Əlaqə Arxiv
news Image
2019.12.13
16:40
| A A A
Bakıda qayın yeznəsini evində bıçaqlayıb qaçdı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Zaur Ağazər oğlu Zabrat qəsəbəsi, Oktyabr küçəsi 65 saylı evdə yaşayan yeznəsi, 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlunun yaşadığı evə qonaq gedib.

Evdə yaranmış münaqişə nəticəsində Z.Əliyev E.Cəfərovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda Z. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz