Əlaqə Arxiv
news Image
2019.12.18
08:40
| A A A
Erməni mafiyası dünya idmanını да kriminallaşdırır
Tennis yarışlarında danışıqlar oyun şəbəkəsini maliyyələşdirəın cinayətkar qrup aşkara çıxarılıb

Dünya idman aləmi erməni “dühasının” oyunlarından heyrətə gəlib. Almaniyanın ZDF telekanalı və Die Welt qəzeti tərəfindən verilən məlumata görə bütün dünyada ən azı 135 tennisçi danışılmış oyunlar üzrə cinayətin iştirakçısı olub. ABŞ, Fransa, İspaniya və Belçikanın birgə iştirak etdiyi beynəlxalq araşdırma komissiyasının apardığı təhqiqat nəticəsində bu fakt aşkarlanıb. Danışılmış oyunlar barədə gedən təhqiqat hələ başa çatmayıb. Komissiya apardığı təhqiqatın nəticələrini bir neçə aydan sonra komplektləşdirib elan edəcək.  

İlkin nəticələrə görə hələlik Peşəkar tennisçilər assosiasiyasının (PTA) siyahısında olan 30 tanınmış  tennisçinin adı danışılmış oyunlar qalmaqalında hallanır. Onların hesabında PTA-nın bir neçə turnirində qələbə var. İdmançıların adı və titulları hələlik açıqlanmır. Adı hallananlar arasında soyadı açıqlanmayan alman tennisçi Maks X. da var. Bu idmançı istintaqla əməkdaşlıq etsə də, açıq şərhlər verməkdən boyun qaçırır.

Lakin bütün məxfiliyə baxmayaraq bəzi məlumatlar artıq mətbuata sızıb. Belə ki, istintaq müəyyənləşdirib ki, danışılmış oyunların təşkilatçıları Avropanın 7 ölkəsində məskən salmış ermənilərin beynəlxalq mafiya-quldur dəstəsinin üzvləridir. Bu haqda məlumat Belçika federal prokurorluğöu tərəfindən əldə edilib. Təhqiqat iştirakçılarının məlumatına görə, danışılmış oyunlarda ümumi məbləği on minlərlə avroya çatan yüzlərlə kiçik uduşlar qoyulub. Belçika prokurorluğunda hesab edirlər ki, mafiya dəstəsinə oyunçularla əlaqə quran və çirkli pulların yuyulmasında iştirak edən cinayətkarlar da daxil olub.

Mövcud cinayətkar struktur barədə informasiyanı argentinalı tennisçi Marko Trunjelli ZTF və  Die Welt-ə təsdiqləyib. İdmançı bildirib ki, danışılmış oyunlar haqda ona da müraciət olunub və o, bu barədə Beynəlxalq Tennis Federasiyasına (BTF) xəbər verib. Jurnalistlərlə görüşündə Trunjelli qeyd edib ki, danışılmış oyunlarda aşağı səviyyəli turnirlərin iştirakçıları ilə bərabər ilk 50-yə daxil olan tennisçilər də iştirak edirlər.

Bu ilin fevralında Trunjelli bildirib ki, hələ 2015-ci ildə ona danışılmış oyunlarda iştirak etmək təklif edilib. Onun sözlərinə görə, İTF Futures-in danışılmış oyunlarında iştiraka görə ona iki-üç min dollar, ATP Challenger oyununa görə beş-on min dollar, ATP-nin daha yüksək yarışlarına görə isə 50-100 min dollar təklif olunub. Nəticədə idmançı ona göstərilən təzyiqlər barədə danışılmış oyunlara qarşı mübarizə aparan Tennis Integrity Unit (TIU) təşkilatına şikayət edib. Alman qadın tennisçi Andrea Petkoviç də jurnalistlərə bildirib ki, bu cür təkliflər alan peşəkar tennisçilər tanıyır. Onun dediyinə görə, başqa ölkələrə getmək imkanı olmayan yoxsul ölkələrdəki peşəkar tennisçi kişi və qadınlara belə təkliflər daha tez-tez edilir.

İspaniyanın mülki qvardiyası bildirib ki, 2019-cu ilin yanvarında danışılmış tennis oyunlarına görə ölkədə cinayət işi qaldırılıb. İşdə 80-dən çox şəxsin, o cümlədən 28 peşəkar tennisçinin adı hallanır. İspaniyanın hakimiyyət orqanlarından verilən məlumata görə, danışılmış oyunların arxasında erməni cinayətkar qruplaşması dayanır ki, bu qrup bir neçə il ərzində bu yolla milyonlarla dollar qazanıb. Təhqiqat TİU-ya verilmiş şikayətdən sonra başlanılıb. Təsadüfi deyil ki, 2019-cu ildə Tennis Integrity Unit 20 kişi və qadın tennisçini yarışlardan kənarlaşdırıb. Sentyabr ayında TİU rusiyalı tennisçi İrina Xromaçevanı ABŞ-dakı turnirdə kvalifikasiya raundundakı yeri satmağa cəhd etdiyinə görə üç aylığa (bunlardan ikisi şərti olmaqla) yarışlardan kənarlaşdırıb.

Erməni cinayətkar qruplar təkcə idman sahəsində deyil, miqrantların yerləşdirilməsində, saxta sənədlərin düzəldilməsində, xüsusilə supermarketlərdən oğurluq edilməsi, maşınların qaçırılması və sairə cinayətlərdə də mafiya halında iştirak edirlər. Bu, onların yaşam tərzi və milyonları əldə etmələri vasitəsidir. Amma Avropa polisi heç də həmişə erməni cinayətkarlara qarçı sərt davranmır. Yəni, onları aşkar edəndə ciddi cəzalandırmır və özünü elə aparır ki, sanki “yazıq ermənilər” ehtiyacdan cinayətə əl atırlar. Buna görə də ermənilərin “ayaqları yer alır” və cinayətlərini çiçəkləndirirlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz