Əlaqə Arxiv
news Image
2019.12.19
23:00
| A A A
Feminist rok qrupunun üzvü həbs olundu

Rusiyanın feminist pan-rok qrupu "Pussy Riot"un üzvü Mariya Aleksina Moskvada həbs edilib.

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının dəqiq hansı səbəbdən saxlanıldığı bilinməsə də, onun "Stop! QULAQ" (Həbs Düşərgələri İdarəsi - red.) şüarı yazılmış plakatı Böyük Daş Körpüdən asdığına görə tutulduğu ehtimal edilir.

Aleksinanın "Yakimanka" polis şöbəsinə göndəriləcəyi bildirilib.

Xatırladaq ki, Aleksina və "Dekommunizasiya" hərəkatının fəalları sözügedən plakatı noyabrın 14-də körpüdən asıblar.

Sizin Reklam Yeriniz