Əlaqə Arxiv
news Image
2019.12.19
21:42
| A A A
Arvadının telefonunda bu mesajı görən ər onu öldürdü - Xəyanət ölümə səbəb oldu - FOTO

Xəyanətə görə həyat yoldaşını öldürüb, sonra da 3 gün boyunca cəsədlə bir evdə yaşayan şəxsin məhkəməsi keçirilib.

Mövqe.az haberler-ə istinadla bildirir ki, hadisə İstanbulun Esenyurt rayonundakı mənzillərin birində baş verib. Bakırköy məhkəməsinə çıxarılan Erhan Taslı adlı şəxs həyat yoldaşını xəyanətə görə öldürdüyünü etiraf edib. O cinayəti törədən zaman özündə olmadığını, hisslərinə hakim ola bilmədiyini söyləyib.

"Olaydan bir həftə əvvəl ondan şübhələnməyə başlamışdım. Bir neçə dəfə zəng etdim, telefona cavab verəndə evdə olmadığını hiss etdim. Bir dəfə gecə yatanda telefonundakı mesajları oxudum, dəhşətə gəldim. Rəfiqəsinə "Qoxusu hələ də üstümdə qalıb, kaşki məni öpsə" mesajını göndərmişdi. Oyandırdım, mənə xəyanət etdiyini söylədim. Əvvəl, inkar etsə də, sonradan: "Mən o adamı sevirəm", - dedi. Özümdən çıxdım, mətbəxdən bıçağı gətirib, bıçaqladım. Sonrasını xatırlamıram. Şüurum özümdə deyildi", - Erhan Taslı xanımı Elif Özde Uzunun qətli ilə bağlı ifadəsində söyləyib.

Cinayətdən sonra peşman olduğunu dil gətirən Erhan Taslı bir müddət sonra polisə təslim olub.

Sizin Reklam Yeriniz