Əlaqə Arxiv
news Image
2019.12.19
16:56
| A A A
Saatlı sakininin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Saatlı sakininin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Mövqe.az xəbər verir ki, Saatlı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 18-də saat 12 radələrində Saatlı rayon sakini Əliyev Sakit Əjdər oğlunun rayonun Dədə Qorqud kəndində yerləşən fermada ov tüfəngindən bir dəfə atəş açmaqla özünü öldürməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunub, habelə aşkar edilmiş maddi sübutlar qablaşdırılaraq götürülüb və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılıb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Sizin Reklam Yeriniz