Əlaqə Arxiv
news Image
2019.12.19
18:38
| A A A
İtaliyada mafiyaya qarşı irimiqyaslı əməliyyat - 300-dən çox şəxs saxlanıldı

İtaliya polisi ölkənin cənubunda mafiyaya qarşı irimiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 334 nəfər saxlanılıb.

Əməliyyat “ndrangeta” mafiyasının üzvlərinə qarşı keçirilib. Həbslər, həmçinin Almaniya, İsveçrə və Bolqarıstanda keçirilib.

Ümumilikdə əməliyyatda 3 mindən çox polis iştirak edib.

Bu, 1980-ci illərin sonundan bəri İtaliyada mafiyaya qarşı keçirilmiş ən iri əməliyyat hesab olunub.

Sizin Reklam Yeriniz