Əlaqə Arxiv
news Image
2020.01.10
10:34
| A A A
İmişlidə qətlə yetirilən şəxs tanınmış güləşçinin qardaşıdır - YENİLƏNİB

İmişlidə törədilən qətllə bağlı yeni təfərrüat məlum olub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, öldürülən Zaur Əzizov sərbəst güləşçi Emin Əzizovun qardaşıdır.

E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib. Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.

Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.

Sizin Reklam Yeriniz