Əlaqə Arxiv
news Image
2020.01.23
09:51
| A A A
Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı sahibkar həbs edilib
Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı sahibkar həbs olunub. Mövqe.az-ın məlumatına görə, rayonda yerləşən "Aygün" restoranında Rəşid Məmmədovun hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı istintaq zamanı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. İş üzrə "Aygün" şadlıq sarayını icarə əsasında işlədən sahibkar, Quba rayon sakini Bəxtiyar Əmrahov obyektin təhülkəsizlik qaydalarına riayət etmədiyindən onun barəsində cinayət işi açılıb və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Sizin Reklam Yeriniz