Əlaqə Arxiv
news Image
2020.01.30
14:55
| A A A
Şəki sakinini zorakı yolla qətlə yetirən qohumlar saxlanılıb

Şəkidə keçmiş məhkum qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə əsasən, yanvarın 29-da saat 20 radələrində Şəki ŞRPŞ-yə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.

Bildirilir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıblar.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz