Əlaqə Arxiv
news Image
2020.01.31
10:21
| A A A
Bakıda 37 yaşlı kişini naməlum şəxslər bıçaqladı

Bakıda orta yaşlı kişi küçədə naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Rayonun Bülbülə qəsəbəsi, Bəydəmirov küçəsi ev 64-də yaşayan, 1983-cü il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb. V.Nəcəfov bel nahiyəsindən 3 bıçaq zərbəsi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı komatoz vəziyyətdə olduğundan onun dindirilməsi mümlkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz