Əlaqə Arxiv
news Image
2020.02.01
14:53
| A A A
Gürcüstanda azərbaycanlı kənd sakini qətlə yetirilib

Gürcüstanın Bolnisi rayonunun Samtsevrisi kənd sakini Feyzi Əhmədov qətlə yetirilib.

Mövqe.az xəbər verir ki, hadisə ötən axşam baş verib.

F.Əhmədov gecə saatlarında evə gəlmədiyindən yaxınları onu axtarmağa başlayıblar və polisə xəbər veriblər. Bir neçə saatdan sonra onun meyiti kəndin kənarında aşkar olunub.

F.Əhmədovun döş nahiyəsinə bıçaqla bir neçə dəfə xəsarət yetirildiyi müəyyən olunub.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, araşdırma aparılır.

Sizin Reklam Yeriniz