Əlaqə Arxiv
news Image
2020.02.12
13:35
| A A A
Ağcabədidə ata oğlunu öldürdü

Qəsdən adam öldürməkdə şübhəli bilinən Ağcabədi rayonunun Təzəkənd kəndinin sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mövqe.az verilən məlumata əsasən, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə RPŞ-ə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz