Əlaqə Arxiv
news Image
2020.02.14
13:42
| A A A
Keçmiş məhkum həmyerlisini güllələdi

Tüfəngdən açıdığı atəşlə həmyerlisinə xəsarət yetirmiş Samux rayon sakini saxlanılıb.

Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz