Əlaqə Arxiv
news Image
2013.07.01
16:33
| A A A
Türk qızı öpən ingilis bıçaqlandı

Türkiyənin Marmara bölgəsində tətil edən Duayn Uard adlı 17 yaşlı ingilis gənc, barlar küçəsində tekila satan bir türk qızını öpdüyü üçün bıçaqlı hücuma məruz qalıb. Movqe.Az-ın məlumatına görə, tekila aldıqdan sonra qızı öpən Duayne Uard, "Bir türk qızını belə öpə bilməzsən" deyən iki adamın hücumuna məruz qalıb. Bədəninin müxtəlif yerlərindən 17 bıçaq zərbəsi alan Uardın, geyimləri də iki təcavüzkar tərəfindən çıxarılıb. Qanlar içində buraxılan Uard, xəstəxanaya vaxtında yetişdirilməsi sayəsində xilas olub. Polis, 26 yaşlı Atilla D. və 24 yaşlı İsmayıl A. adlı şübhəlilərin həbs edib. Günahları qəbul edilən şübhəlilərin yaxın zamanda cinayətə təşəbbüsdən məhkəməyə sövq edilməsi gözlənilir.

Sizin Reklam Yeriniz