Əlaqə Arxiv
news Image
2013.07.02
12:34
| A A A
İran vətəndaşından metadon məhlulu aşkar olunub

Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycana keçən İran vətəndaşından narkotik maddə aşkar olunub. 


Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Fathi Zanjirbolaghi Morteza Ourojali oğlu gömrük nəzarətindən keçərkən ona məxsus idman çantasına baxış zamanı oradan gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd plastmas qabda 15 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb.


Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 15 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.

Sizin Reklam Yeriniz