Əlaqə Arxiv
news Image
2020.03.13
10:31
| A A A
Bakıda gənc oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.

Mövqe.az-a məlumatına görə, hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanının qarşısında baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü İlkin Hüseynov bıçaq xəsarətləri ilə 3 saylı şəhər Şəhər Klinik Xəstəxanasına gətirilərək əməliyyat olunub.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Elvin Həsənov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz