Əlaqə Arxiv
news Image
2020.03.17
16:35
| A A A
Salyan sakini Bakıda ürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində baş verib. Qəsəbədə kirayədə yaşayan 1977-ci il təvəllüdlü Zaur Əsədov küçədə Salyan rayon sakini, 1969-cu il təvəllüdlü Mehman Xudiyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Z. Əsədov M. Xudiyevi sol döş qəfəsindən bıçaqlayaraq qaçıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Əsədov saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz