Əlaqə Arxiv
news Image
2020.03.25
13:00
| A A A
Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı 20 şübhəliyə qarşı ittiham irəli sürülüb
Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı İstanbul Baş Prokurorluğu 20 Səudiyyə Ərəbistanı vətəndaşı haqqında ittiham aktı hazırlayıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Məlumatda bildirilib ki, Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqı başa çatıb. Şübhəlilərdən 18-nə qəsdən adamöldürmə ilə, ikisinə isə öldürməyə təhrik etmə ilə bağlı ittiham iərli sürülüb.
Sizin Reklam Yeriniz