Əlaqə Arxiv
news Image
2013.07.09
12:11
| A A A
Qaxda dəhşətli qəza baş verdi-2 ölü

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında iki nəfər ölüb.


Mövqe.az-ın verdiyi məlumata görə, iki nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistralının 84-cü km-də, Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qax rayonu, Baydarlı kənd sakini 1986-cı il təvəllüdlü Qurbanov İntiqam Nadir oğlunun idarə etdiyi 34-BC-798 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobili, rayonun Kötüklü kəndindən Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən, magistral yolda hərəkətdə olan, Bakı-Balakən marşrutu üzrə işləyən, Balakən rayon Qazma kənd sakini, 1984-cü il təvəllüdlü Balayev Elvin Bəxtiyar oğlunun idarə etdiyi 90-HH-403 dövlət nömrə nişanlı Mersedes-Benz markalı sərnişin avtobusunu sağ arxa yan hissəsindən vurub.

Baş vermiş qəza nəticəsində "VAZ 21011" markalı avtomobilin sürücüsü Qurbanov İntiqam Nadir oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, 22 yaşlı Qax rayon Qıpçaq kənd sakini Salamov Təbriz Akif oğlu və 22 yaşlı Qax rayon Baydarlı kənd sakini Qasımov Xəyal İmran oğlu Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstələrdən Salamov Təbriz Akif oğlunun vəziyyəti daha ağır olub və həkimlərin səyinə baxmayaraq, o hadisədən saat yarım sonra xəstəxanada dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, digər yaralı Qasımov Xəyal, ağır kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.


Sizin Reklam Yeriniz