Əlaqə Arxiv
news Image
2013.07.09
17:42
| A A A
Xaçmazda 25 yaşlı gənc bıçaqlandı

Ötən gecə Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib


 Mövqe.az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Aslan Adil oğlu Şahqubatov naməlum şəraitdə bıçaqlanıb. O, saat 03:30 radələrində sol qabırğa altı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan RTV-yə verilən məlumata görə, bıçaqlanan gənc əməliyyat olunub, vəziyyəti ağır stabildir və yaralının müalicəsi reanimasiya şöbəsində davam etdirilir.


Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, A.Şahqubatov polisə özünü bıçaqladığı barədə məlumat verib. Aparılan araşdırmalar nəticəsində isə həmin şəxsin gecə saatlarında baş verən davada bıçaqlandığı məlum olub. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz