Əlaqə Arxiv
news Image
2013.07.10
11:28
| A A A
Daha bir ölümlə nəticələnən dəhşətli avtobus qəzası-Fotolar

Bu gün saat 8.10 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava LimanındanKoroğlu metrostansiyasına gedən istiqamətdə dəhşətli yol qəzası verib. Sürətlə hərəkət edən minik maşını avtobusu arxadan vurub. Nəticədə minik maşını tam yararsız hala düşüb. Hadisə ilə bağlı yolda böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Mövqe.az-a verilən məlumata görə, aeroport şossesində sərnişin avtobusu ilə minik maşını toqquşub. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişən şəxslərin 2-si qadın, 1-i kişi olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş 2 nəfər 19 yaşlı Kərimli Vüqar Elçin oğlu və 25 yaşlı Kərimov Elçin Afər oğludur. Qeyd edək ki, bazu oynağının sınığı ilə xəstəxanaya daxil olan Vüqar Kərimli Dövlət İqtisad Universitetinin tələbəsidir. O, bu gün səhər universitetə kəsirini düzəltmək üçün gedirmiş. Elçin Kərimovun isə budunda sınıq olub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində yolda 20 dəqiqə ərzində tıxac yaranıb. 


Sizin Reklam Yeriniz