Əlaqə Arxiv
news Image
2020.04.16
14:50
| A A A
Bakıda 31 yaşlı kişi dostunun evində ölü tapıldı

Bakıda ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Ceyhun Kərimoviç yaşadığı evdən çıxaraq Hövsan qəsəbəsində Ruslan adlı dostunun evinə gəlib və onunla gecələyib.

Səhəri gün naməlum şəxs C. Quliyevin qardaşı Kərim Quliyevin telefonuna zəng vuraraq qardaşının öldüyünü bildirib.

Onun meyiti Hövsan qəsəbəsində dostunun evində aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz