Əlaqə Arxiv
news Image
2013.07.11
15:34
| A A A
Bakıda gənc aşiq yaşlı qadına olan sevgisinin qurbanı oldu

21 yaşlı oğlan 41 yaşlı qadına aşiq olubmuş

Ötən gecə Sabunçu rayonunda qeyri-adi hadisə baş verib. Dəlicəsinə vurulan 21 yaşlı gənc oğlan sevdiyi qadını qaçırtmaq qərarına gəlib. Bu barədə "Vesti.az"-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər. Belə ki, Ramana qəsəbəsinin "Südçülük" sovxozunda adam oğrulamaq cəhdi törədilib. Daha doğrusu, 21 yaşlı yerli sakin Yəhya Əmirov 41 yaşlı Ulduz Abbasovanı qaçırmağa çalışıb. Hadisə U.Abbasovanın satıcı işlədiyi ərzaq mağazasının girişində baş verib.

Y.Əmirov təxminən saat 21:15 radələrində öz avtomobili ilə mağazaya gələrək, Abbasovanın işdən çıxmasını gözləyib. Qadın mağazadan çıxıb Əmirovun maşınına yaxınlaşanda gənc oğlan onu avtomobilə əyləşdirməyə çalışıb. Lakin qüvvələr qeyri-bərabər olub, həm də satıcı çəki baxımından Əmirovdan daha ağır imiş. Bundan başqa, Abbasovanın bacısı da ona köməyə gələrək, qadını ağlını itirmiş Y.Əmirovun əlindən güclə alıb. Sonuncu isə maşına əyləşərək, hadisə yerindən uzaqlaşıb.

 Qadınlar hadisə barədə "102" xidmətinə məlumat veriblər. Əməliyyatçılar aşiqi elə evinin qarşısında, maşından çıxarkən saxlayıblar.

Sizin Reklam Yeriniz