Əlaqə Arxiv
news Image
2020.05.02
08:45
| A A A
Ermənistan bu dəfə Çinin qəzəbinə tuş gəldi
Virusun mənbəyi kimi Ermənistandakı bioloji laboratoriyalar hədəfdədir

 

Əksər ölkələrdə pandemiyanın kulminasiya nöqtəsi başa çatıb və yoluxmaların azalma dövrü başlayıb. Bu, koronavirus bəlasından əzab çəkən dünya miqyasında səlahiyyətli dövlətlərin diqqətini pandemiyanın səbəblərinə yönəltməyə imkan verir. İndiyə qədər bəzi dövlətlər arasında qarşılıqlı ittihamlar səslənib. Lakin konkret nəticə çıxarılmayıb. Çünki mənbələr üçün obyektlər çoxdur və bunu araşdırmaq ciddi səylər tələb edir. Bu mənbələrdən biri də ABŞ-ın Ermənistanda yerləşən biolaboratoriyalarıdır. Bu gün tədqiqat obyektləri üzərində şübhələr kifayət qədərdir. Çünki uzun illərdir fəaliyyət göstərən laboratoriyalar Ermənistan hökumətinin səyi ilə məxfi saxlanılır. Hətta Rusiyanın forpostu olmasına baxmayaraq, moskvalı mütəxəssislərin də üzünə bağlıdır. İki il əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun laboratoriyaya girişlə bağlı bu ölkə ilə memorandum imzalamaq cəhdləri də uğursuz olub.

Ümumiyyətlə, Ermənistandakı laboratoriyalarda təhlükəli tədqiqatların aparılması barədə çoxdan siqnallar eşidilir. Çünki bioloji laboratoriyalar insan tələfatını hədəfləyən bakterioloji silahların hazırlanması sahəsində ən ağlagəlməz silahların hazırlanması hamıya bəllidir. Xüsusilə də bu tədqiqatlar gizli saxlanılırsa, demək, insanlıq əleyhinə iş aparılır və bu səbəbdən dünya ictimaiyyətindən gizlədilir. Onda sual doğur: Bəs, nə üçün Ermənistan? Bəyəm, bu ölkədə elm bu dərəcədə inkişaf edib? Yox, sadə bir məntiqi fikir var ki, insanlar üzərində təcrübələrlə aparılan biotədqiqatlar əsasən işğalçı dövlətlərin işğal etdikləri ərazilərə yaxın yerlərdə fəaliyyət göstərir ki, işğalçının əsir götürdüyü insanlar üzərində icazəsiz-filansız istədikləri sınaqları keçirə bilirlər. Bu da Ermənistanın əsir götürdüyü və itkin düşmüş yüzlərlə azərbaycanlının hansı əzablara məruz qalmaları barədə müəyyən fikirlər yaradır.  

Epidemiya təzə başlananda isə Ermənistanın özündə ciddi qalmaqal yaşanmışdı. Cəmiyyəti təəccübləndirən belə bir məsələ ortaya çıxmışdı: necə ola bilər ki, koronavirusa yoluxanlar arasında Ermənistan Səhiyyə Nazirliyi Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) 14 mütəxəssisi var? Pentaqonun pulu ilə yaradılan və ən müasir avadanlıq və qabaqcıl texnologiyalarla təchiz edilən laboratoriyanın Ermənistanda təhlükəli infeksiyaların yayılmasının qarşısını alacağı güman edilirdi. Bəs öz işçilərini infeksiyadan qoruya bilməyən bu qurum bütün dövləti necə qoruyacaq?

Rusiya nəşri “Moskovskiy komsomolets” yazır: “Hazırda Ermənistanda bütöv bir şəbəkə - Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTRP) çərçivəsində ABŞ hərbçilərinin pulu ilə yaradılmış və ya modernləşdirilmiş 12 bioloji laboratoriya fəaliyyət göstərir ki, bu da öz növbəsində ABŞ Bioloji Birgə İştirak Proqramının (CBEP) bir hissəsidir. Proqram 25 ölkədə fəaliyyət göstərir. Ermənistan buna 2008-ci ildə qoşulub. CBEP-in bəyan edilmiş məqsədi epidemiyaların qarşısını almaq, təhlükəli virusları, bakteriyaları, digər mikroorqanizmləri aşkar etmək və təsirlərini zərərsizləşdirməkdir. Hazırda Yerevanda üç laboratoriya var – Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində, Dövlət Qida Təhlükəsizliyi Xidmətində və “Nork” Yoluxucu Xəstəliklər Klinikasında. Regional laboratoriyalar, məsələn, Gümri, Vanadzor, İcevan və Martuni şəhərlərindədir. ABŞ bu şəbəkənin yaradılmasına təxminən 50 milyon dollar xərcləyib”.

Ötən ilin sentyabrında Baş nazir Nikol Paşinyan bildirmişdi ki, hazırda bu obyektlər Ermənistanın tam nəzarəti altındadır, Ermənistanın mülkiyyətidir və orada erməni mütəxəssislər işləyirlər. Lakin Ermənistanda elmin səviyyəsi belə laboratoriyaların fəaliyətini istisna edir. Bu obyektləri ABŞ yaradıb və amerikalı mütəxəssislərin rəhbərliyi altında işləyir. Təbii ki, erməni mütəxəssislərin burada işləməsi təəccüblü deyil. Ancaq nüanslar başqa tərəfdəndir. Ümumiyyətlə, bioloji silahın hazırlanmasını qadağan edən beynəlxalq  konvensiya mövcuddur. Lakin ABŞ qəti şəkildə bu konvensiyaya etiraz edir, dünyanın hər yerində ikitərəfli əsasda özünə tabe olan laboratoriyalar yaradır və tədqiqatları davam etdirir. Buna görə də Ermənistandakı laboratoriyalar üzərində artıq ciddi şübhələr formalaşıb. Bu məsələdə onun işğalçı olması antihumanist məqsədlər üçün əsaslı səbəb rolunu oynayır və hədəfə çevirir.

Erməni KİV-də bu günlərdə adıçəkilən mövzuda yayılan informasiyalar təsadüfi sayıla bilməz. Belə ki, ÇXR XİN-nin sözçüsü Hen Şuan bəyanat verib ki, Rusiyanın “MDB-nin bir sıra ölkələrində yerləşdirilmiş Amerika biolaboratoriyaları ciddi təhlükə doğurur” mövqeyini Çin müdafiə edir.

Bundan başqa, Çinin rəsmi nümayəndəsinin sözlərinə görə bu laboratoriyaların ictimaiyyəti də onların bağlanmasını tələb edir.   

Rusiya tərəfi bu fakt üzrə öz narahatlığını biruzə verib ki8, bu obobyektlərdə aparılan sınaqlar Rusiyanın təhlükəsizliyinə təhdiddir. “zham.am” saytı yazır ki, ABŞ-Çin münasibətlərindəki gərginlik fonunda koronovirusla bağlı ABŞ-Rusiya arasındakı mübahisəyə rəsmi Pekin də qoşulub.

Bu da o deməkdir ki, Rusiyanın ermənistana təzyiqinə çinlilər də qoşulub. Üstəlik, bəzi mənbələrə görə, Moskva və Pekin adları çəkilən ölkələrdə birgə etiraz aksiyaları təşkil etməyə hazırlaşırlar, xüsusilə, koronavirus fonunda həmin ölkələrə özləri üçün seçim vaxtının gəldiyini bildirirlər.

Erməni analitiklər hesab edirlər ki, ölkənin hazırkı siyasi isteblişmenti məsələnin belə qoyuluşuna hazır deyillər və ağıllı qərar qəbul etmək şansları yoxdur. Bu isə sonda Ermənistanın yeni siyasi və iqtisadi zərbələr alacağına zəmin yaradacaq. Yeri gəlmişkən, Çin rəsmisinin bəyanatından sonra Ermənistan XİN rəsmi məlumat yayıb ki, Ermənistan kimlərinsə laboratoriyaya daxil olması üçün icazə verməyi planlaşdırmır. Bu da ciddi şübhələrdən xəbər verir.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz