Əlaqə Arxiv
news Image
2020.06.04
10:20
| A A A
Hamilə arvadını bıçaqlayan kişi hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsinə hamilə arvadını öldürməyə cəhddə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.

Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı Xəyal Məmmədov tərəfindən bıçaqlanıb. Qadının üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib və qadın cərrahi əməliyyat olunub.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var.

Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qayınatası Mirverdi Məmmədovun evində cinayət törədən 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.

Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham verilib.

Sizin Reklam Yeriniz