Əlaqə Arxiv
news Image
2013.07.19
12:42
| A A A
Şirvan sakini həmyerlisini oraqdan keçirdi

Mövqe.az xəbər verir ki, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində iki nəfərin arasında baş verən mübahisə ölümlə nəticələnib

Hacıqəhrəmanlı qəsəbə sakini 1960-cı il təvəllüdlü Fətixan Şahməmməd oğlu Atakişiyev həmyerlisi 1957-ci il təvəllüdlü Vəlixan Sərxan oğlu Əliyevin bədən nahiyyəsindən bir neçə dəfə oraqla xəsarət yetirib. Yaralı V.Əliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Mübahisənin qurbanı yoldaca keçinib.

 

Hadisənin səbəbkarı Fətixan Şahməmməd oğlu Atakişiyev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.


Sizin Reklam Yeriniz