Əlaqə Arxiv
news Image
2020.06.15
16:25
| A A A
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Sizin Reklam Yeriniz