Əlaqə Arxiv
news Image
2020.07.31
13:09
| A A A
Bakıda ər arvadını qısqanaraq döyüb öldürdü

Bakıda həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Yavər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mövqe.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun  icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötəni ilin dekabr ayında paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu ilə həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızı arasında qısqanclıq zəminində mübahisə yaranıb. O, qadını Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.

Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. N.Əliyeva xəstəxanada dünyasını dəyişib.

Y.Əliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Sizin Reklam Yeriniz