news Image
2012.05.15
12:26
| A A A
Jurnalist qətlə yetirildi

Movqe.Az "Euronews"a istinadən bildirir ki, Meksikada Morelos əyalətinin paytaxtı Cuernavacada yol kənarında saxlanılan şübhəli bir avtomobili nəzarət edən polislər dəhşətli bir mənzərə ilə qarşılaşıblar. Patrul vəzifəsini yerinə yetirən polislər, avtomobilin baqajını açdıqları zaman, Rene Orta Salgado adlı jurnalistin bir çox yerindən bıçaqlanmış cəsədinə şahid olublar.

Yerli bir qəzetdə müxbirlik edən 43 yaşındakı Salgadonun bu yaxınlarda vəzifəsini buraxıb, iyul ayında keçiriləcək prezident seçkilərində yarışan Enrike Penanın kampaniyası üçün işə başladığı bildirilib. Seçkinin favorit namizədlərindən Penanın narkotik şəbəkələriylə əlaqəli olduğu iddia edilib. Morelos əyalət prokurorluğu, hadisə ilə əlaqədar istintaq başlatdıqlarını bildirib.