Əlaqə Arxiv
news Image
2013.08.13
12:40
| A A A
“Eurovision-2012” ərəfəsində Azərbaycanda silsilə terror planlaşdıranlara qarşı şahidlər tapılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçən prosesdə 10-dan çox hal şahidi ifadə verib.

 Proses avqustun 20-də davam etdiriləcək.

 

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.

 Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda, "Baku Crystal Hall"da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

 

Sizin Reklam Yeriniz