Lal-kar olan oğlan toyda qıza təcavüz etdi
Azərbaycanda insanların ürək qızdırdığı şəxs əxlaqsız hərəkət edib
Gədəbəy rayonunda lal-kar olan 20 yaşlı oğlan qıza təcavüz
edib.
Hadisə dünən İvanovka kəndində toy məclisində baş verib. Ceyhun
adlı oğlan aranın qarışmasından istifadə edərək qızın üstünə cumub.
O, qızı sakit bir yerə çəkərək çirkin hərəkətini həyata keçirmək
istəyib. Qızın səs-küyünə gələn camaat təcavüzün qarşısını
alıb.
Gədəbəy Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, hazırda
faktla bağlı Saratovka bölməsində araşdırma aparılır, toyda iştirak
edən qonaqların ifadəsi alınır. Toplanmış materiallar aidiyyəti
üzrə rayon prokurorluğuna göndəriləcək. Hazırda ekspertiza təyin
olunub. (milli.az)