news Image
2013.08.19
12:33
| A A A
Həbsxanada aş qazanında beş mobil telefonun keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 19-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Fərid Sadiq oğlu Səfərliyə vətəndaş Muxtar İbrahim oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

 

Bu vaxt 20 litrlik qazanın içərisində olan bişmiş aşın altında şəffaf sellofana bükülmüş, daxilində danışıq kartları olmayan 4 (dörd) ədəd "Nokia" və 1 (bir) ədəd "Blackberry" markalı mobil telefon aparatları aşkar olunaraq götürülüb.

 

Fakt üzrə araşdırma aparılır. 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs