news Image
2013.08.20
12:34
| A A A
Gecə klubunda baş verən qətlin üstü açılıb

İki gün öncə Bakıda gecə klubunda qətl hadisəsi törədən şəxs tutulub.


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 18-də Xəqani küçəsində Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S. Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.

 

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub.

 

Qeyd edək ki, qətl hadisəsi "Troya" gecə klubunda qeydə alınıb. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Səbuhi Eldar oğlu Şərəfov naməlum şəxs tərəfindən bıçaqlanıb.

 S. Şərəfov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda qətli törədən şəxsin tapılması istiqamətində iş aparılır.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs