Əlaqə Arxiv
news Image
2013.08.20
21:23
| A A A
Hərbçi aeroport yolunda qəza törətdi və pul aldı-ÖZƏL
Mövqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 19:00 radələrində aeroport yolunda, Milli Aviasiya Akademiyasına çata-çatda yol-nəqliyyat qəzası baş verib. "90 FG 172" nömrəli, qırmızı rəngli, xarici markalı avtomobilin sürücüsü "10 TF 521" dövlət nömrə nişanlı 171 saylı marşrut avtobusun qarşısına çıxaraq qəza törədib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla belə, avtobus sərnişinləri möhkəm həyəcan keçiriblər. İki sürücü arasında yaşanan mübahisə bu həyəcanı bir az da artırıb. Qəza törədən və günahkar olan fərdi avtomobilin sürücü özünü təqsirli bilməyərək avtobus şoferinə qarşı kobud sözlər işlədib, təhqir və şantaj xarakterli sözlərlə ona hədə-qorxu gəlib. Bu səbəbdən heç bir günahı olmayan avtobus sürücüsü onu təhdid edən avtomobil sürücüsünə müəyyən məbləğdə pul ödəməli olub. Qeyd edək ki, hadisə şahidləri qəzanın avtomobil sürücüsünün günahı ucbatından baş verdiyini təsdiqləsələr də, bildiriblər ki, günahkar hərbçidi deyə özünü təmizə çıxara biləcək. Hadisə kənar müşahidəçilərin dediyi kimi yekunlaşıb. Avtobus sürücüsü təqsirkara 40 manat ödəyib. Mövqe.az oxuculara hadisə yerindən çəkilən şəkilləri təqdim edir:
Sizin Reklam Yeriniz