Əlaqə Arxiv
news Image
2013.08.21
13:14
| A A A
Azərbaycanlı iş adamı Türkiyədə vəhşicəsinə öldürüldü

6 nəfər iş adamını rəfiqəsilə birlikdə döyüb və daha sonra güllələyib

Başakşehirdə yerləşən lüks kompleksə hücum edən silahlı şəxslər azərbaycanlı iş adamı 41 yaşlı Əli Həmidovu öldürüb, onun rəfiqəsi 29 yaşlı Rusiya vətəndaşı Asiyat Alaşevanı yaralayıblar. Mövqe.az-ın "Hürriyyet" saytına istinadən verdiyi məlumata görə, 6 nəfər əllərində zopalarla iş adamının üstünə hücum ediblər. Onlar əvvəlcə iş adamını və yanındakı qadını ölümcül döyüblər. Daha sonra onları bir neçə dəfə güllələyiblər. Onları güllələyən şəxslər hadisə yerindən qaçıblar.


Bir az sonra hadisə yerinə təcili yardım gəlib. Orada olan şahidlərdən biri isə həkimlərin Əli Həmidovu həyata qaytarmaq üçün cəhdlərini videoya çəkib. Həmidov aparıldığı Esenyurt Dövlət xəstəxanasında vəfat edib. Alaşevanın isə vəziyyətinin ciddi olduğu deyilir.


Türkiyə polisi artıq şübhəlinin izinə düşüb.

Sizin Reklam Yeriniz