news Image
2013.08.21
18:47
| A A A
Boşluqdan cinayət işlədilər

Movqe.Az xəbər verir ki, Amerika, yenə qəribə bir cinayətə ev sahibliyi edib. Cinayətin səbəbi bu dəfə hər hansı bir mübahisə və ya qaranlıq işlər deyil. Tamamilə boşluqdan, can sıxıntısından törədilmiş cinayətin qurbanı Avstraliyalı gənc bir beyzbol oyunçusudur. 24 min nəfərin yaşadığı Dunkan qəsəbəsində 15 yaşındakı Ceyms Edvards, 16 yaşındakı Çansey Luna və 17 yaşındakı Maykl Cons edəcək daha yaxşı bir şey tapmadıqları üçün birini öldürməyə qərar verdiklərini, öldürdükləri Xristofer Lanı qaçış etdiyi sırada təsadüfi seçdiklərini söyləyib.

Beyzbol oyunçusu Lanı öldürən üç yoldaş, qorxunc cinayəti işlədikdən sonra hadisə yerindən avtomobillə uzaqlaşıb. Amerikan polisi, ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq cinayətdən yalnız bir neçə saat sonra şübhəlilər cəld tutulub.

Yolda qaçarkən vurulan Lan, olduğu yerə diz çökəndən sonra yerə yıxılıb. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilk müdaxilənin edildiyi beyzbol oyunçusu qaldırıldığı xəstəxanada dünyasını dəyişib. 15, 16 və 17 yaşındakı qatillər, yetkin bir fərd olaraq qəbul edilərək cinayət işləmə təqsiriylə mühakimə olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs