Əlaqə Arxiv
news Image
2013.08.26
14:49
| A A A
Azərbaycanda oğul atasını gülləyib

Azərbaycanda oğul atasını gülləyərək qətlə yetirib.

Mövqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.

 Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Qurbanov tutulub.

 Odan müvafiq sənədləri olmayan 1 ədəd "BUM" markalı ov tüfəngi götürülüb.

 


Sizin Reklam Yeriniz