Əlaqə Arxiv
news Image
2013.08.28
17:39
| A A A
6 yaşlı uşağın gözlərini oydular

Movqe.Az xəbər verir ki, Çində orqan tacirləri altı yaşındakı bir uşağı qaçırıb gözlərini oyaraq aldılar.

Shanxi Televiziyasının xəbərinə görə, Çinin Shanxi əyalətinə yaxın Fenxi şəhərində meydana gələn hadisədə, altı yaşındakı uşaq evinin qarşısında tək başına oyun oynayarkən, biri qadın olan iki nəfət tərəfindən qaçırılıb. Uşağı təxminən dörd saat sonra huşsuz halda boş bir ərazidə tapan ailəsi uşağın üzünün qanlar içində olduğunu görüb.

Ailə uşağa yaxından baxınca gözlərinin oyulmuş olduğu ortaya çıxıb. Ətrafda edilən araşdırma nəticəsində uşağın oyulan gözləri də tapılıb, ancaq çıxarılan gözlərinin kornealarının alınmış olduğu təsbit edilib. Polis orqan mafiasının tutulması üçün başlarına 100 min yuan (təxminən 16 min dollar) mükafat qoyub.

Sizin Reklam Yeriniz