news Image
2012.05.18
11:25
| A A A
Bakıda “Volkswagen” “Mercedes”lə toqquşub - FOTO


Movqe.Az xəbər verir ki, bu gün Bakının Nəsimi rayonu, Mir Qasımov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Mir Qasımov küçəsindən hərəkət edən "Volkswagen-Passat" markalı nəqliyyat vasitəsi dönərkən, Ceyhun Hacıbəyli küçəsinin qarşı tərəfdən idarə olunan "Mercedes" markalı nəqliyyat vasitəsiylə toqquşub. Toqquşma nəticəsində hərəkət edən digər "Mitsubishi" markalı avtomobil nəqliyyat vasitəsinin ön hissəsi əzilib.

Avtoqəza zamanı nə sürücülər, nə də ki, maşında olan sərnişinlər arasında xəsarət alan olub. Bunu hadisə şahidləri deyib.

Qeyd edək ki, hadisə yerində yalnız ərazi üzrə polis müfəttişi vardı.

Fuad Mədətov

Movqe.Az


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs