Əlaqə Arxiv
news Image
2013.10.18
11:48
| A A A
Dünən Bakıda məktəb şagirdini öldürən şəxsin kimliyi açıqlanıb

Azərbaycanda orta məktəbdə qətl hadisəsi törədən şəxs tutulub.


Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 saylı Peşə Məktəbinin şagirdi Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirən Ağdam rayon sakini, 9 saylı Peşə Məktəbinin birinci kurs şagirdi, 1995-ci il təvəllüdlü Kamran Cahid oğlu Nəcəfov tutulub.

 

Qeyd edək ki, hadisə ötən gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Sizin Reklam Yeriniz