Əlaqə Arxiv
news Image
2012.05.22
14:14
| A A A
"Everest"də öldü
Movqe.Az xəbər verir ki, Dünyanın ən yüksək zirvəsi Everest daha bir can alıb. Keçən həftənin sonu zirvəyə qalxan alpinist qrupu qayıdarkən fırtınaya düşüb.
8 min 850 metrə çıxan alpinistlər əvvəlcədən təyin olunan eniş rotasını çaşdırarkən faciə baş verib. Katmandudakı Asiya Trekking Bürosunun dünən verdiyi məlumata görə, 61 yaşlı alman vətəndaşı olan həkim Eberhard Schaaf ilə Nepalda doğulan Kanada vətəndaşı koreyalı alpinist dünyasını dəyişib.
Alman alpinistin "yüksək beyin şişi" ilə bağlı olaraq dünyasını dəyişdiyi güman edilir. 2 nəfərin isə hələ də itkin olduğu bildirilib. Rəsmilər, dağda yerləşən mərkəz düşərgədən hadisə ilə əlaqədar olaraq ətraflı məlumat gözlədiklərini, itkin alpinistlərin axtarış işlərinin davam etdiyini bildiriblər.

Ziba Yusifova
Movqe.Az

Sizin Reklam Yeriniz