news Image
2013.12.19
15:11
| A A A
Bakıda oğul anasını bıçaqla öldürdü
Bakıda dəhşətli qətl törədilib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə dekabrın 18-də qeydə alınıb. Mövqe.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsinin sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs