news Image
2012.06.01
11:29
| A A A
7 nəfər insan həlak oldu

Movqe.Az BBC-yə istinadən bildirir ki, İraq polisi paytaxt Bağdaddakı bombalı hücumlarda 7 adamın öldüyünü və 25 adamın  yaralandığını açıqlayıb.

Ən böyük itkiyə yol açan hücum Bağdadın şimal-qərbində, şiələrin yaşadığı Bula bölgəsindəki bir restoranda baş verib.

Bundan əlavə, Bağdadın fərqli bölgələrində də 4 bombalı hücumun baş verdiyi bildirilib.

İraqda dəhşətli hadisələr son illərdə azalmaqla yanaşı, bombalı hücumlar hələ gündəlik həyatın bir parçası olmağa davam edir.

Bununla yanaşı, Bağdadda beynəlxalq firmalar neft və qaz axtarış haqqları əldə etmək üçün rəqabət aparırlar.

May ayının 13-də də Bağdadda baş verən digər bombalı hücumda 6 adam dünyasını dəyişib.

Aprelin 19-u İraqın müxtəlif şəhərlərində reallaşan hücumlarda 35 adam ölüb, 100-dən çox adam yaralanıb.

Mart ayının 20-si isə 45 adam bu hadisələrə bənzər hücumlarda həlak olub.

Xatırladaq ki, Səddam Hüseyini devirmək üçün İraqı işğal edən Amerika qoşunları keçən ilin dekabr ayında İraqdan geri çekilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs