Əlaqə Arxiv
news Image
2012.06.01
12:33
| A A A
Fəlakət son həddə çatıb

Movqe.Az bildirir ki, Yeməndə qarşıdurmalar davam edir, köməksiz qalan minlərlə insan aclıqdan ölüb, yüz minlərlə uşaq isə aclıqla mübarizə aparır.

Beynəlxalq yardım təşkilatları, Yemənin dəhşətli bir fəlakətin içində olduğunu bildirir.

Xüsusilə, ölkədə baş verən qarşıdurmalardan qaçaraq düşərgələrə sığınan minlərlə vətəndaş, şiddətli istilərin başladığı yay mövsümü ilə birlikdə ac və susuz qalaraq yaşamaq uğrunda mübarizə aparır.

Ən yoxsul Ərəb ölkəsi olan Yeməndə 4 milyon yarım insan qida tapmaqda çətinlik çəkir. Ölkədə 300 min uşaq aclıqdan ölüm təhlükəsiylə qarşı-qarşıyadır.

Düşərgələrdə epidemiya xəstəliklər yayılmağa başlayıb. Amma, yəmənlilərin getməyə bir yerləri yoxdur.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, düşərgələrə gedə bilməyən minlərlə adamın da aclıqdan öldüyünü bildirir. Ölən adamların sayı isə məlum deyil.

Rəsmilər, terror təşkilatı Əl Qaidə ilə davam edən qarşıdurmalara görə yardım etməyin çətin olduğunu vurğulayaraq, ölkədəki insanlıq dramının diqqət çəkdiyini bildiriblər.

Sizin Reklam Yeriniz