news Image
2012.06.01
14:03
| A A A
Adamyeyən peyda olub

Movqe.Az ABŞ mediasina istinadən xəbər verir ki, ABŞ-ın Baltimor əyalətində otaq yoldaşını öldürdükdən sonra ürəyini və beynini yeyən adam, polis tərəfindən həbs olunaraq barmaqlıqlar arasına salınıb.

Polisin verdiyi məlumata görə, Morqan Dövlət Universitetinin tələbəsi 21 yaşlı Aleksandr Kinyua, 37 yaşlı Kujoe Bonsafo Aqey-Kodyeni öldürdükdən sonra bədənini parçalayıb.

Kinyuanı ziyarətə gələn qardaşı ilə atası işlənən cinayəti ortaya çıxarıb. Cümə günü polisə itkin olduğu bildirilən Aqey-Kodyenin parçalanmış cəsədindən bəzi parçaları görən Kinyuanın qardaşı məsələni atasına danışıb. Nəhayət aparılan polis axtarışları sonunda hadisə gün işığına çıxarıb.

Çağırışdan sonra Kiniyuanın evinə gələn polis Aqey-Kodyenin parçalara ayrılmış orqanlarını evin yaxınlığındakı kilsənin arxasındakı zibil qutusunda tapıb. Ancaq polis Aqey-Kodyenin ürəyini və beynini tapa bilməyib. Kinyua polisə otaq yoldaşını öldürdükdən sonra ürəyi ilə beynini yediyini etiraf edib.

Baltimorda baş verən hadisədən sonra Kinyua həbs olunub. Polis Kinyusnın mayın 20-də da bir tələbə yoldaşına hücum edib dişlədiyini, beyzbol çubuğu ilə vurduqdan sonra da qaçdığını söyləyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs