news Image
2012.06.04
13:30
| A A A
Nigeriyada üç gün yas elan edildi

Movqe.Az xəbər verir ki, Nigeriya prezidenti Gudlak Conatan, dünən baş verən təyyarə qəzasının ardınca ölkədə üç günlük matəm elan edilib. Nigeriya İctimai Aviasiya İdarəsinin rəsmiləri 153 sərnişinlə Laqos şəhərində ikimərtəbəli binanın üzərinə çırpılan təyyarədən xilas olma ehtimalının zəif olduğunu bildiriblər.

Afrikanın ən böyük ikinci iqtisadiyyatına sahib Nigeriyada paytaxt Abuja-Laqos səfərini reallaşdıran "Boeing MD-83" tipi təyyarənin eniş səbəbinə bağlı hansısa açıqlama verilməyib. Ölkənin maliyyə mərkəzi Laqosdakı "Murtala Məhəmməd" aerodromunun yaxınlarındakı bir şəhərin yaxınlığında düşən təyyarə, qəzadan sonra alovlanıb. Xüsusi hava yolu şirkəti olan "DANA Air"ə aid olduğu bildirilən təyyarənin dağıntıları arasında xilasetmə işləri davam edir. Təyyarənin parçaları arasından çoxlu cəsəd çıxarılıb. Qəzadan yaralı və sağ çıxarılan hələ ki, olmayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs