news Image
2012.06.04
18:08
| A A A
Həzrəti Məhəmmədə təhqirə görə 10 il həbs
Movqe.Az xəbər verir ki, Küveytdə Twitterdən Həzrəti Məhəmmədi təhqir edən adam 10 il həbsə məhkum edilib.
Küveyt məhkəməsi, sosial şəbəkə olan Twitter hesabından Həzrəti Məhəmmədə və həyat yoldaşına qarşı təhqirlər işlədərək ölkənin təhlükəsizliyini təhlükəyə saldığı üçün bir adamı 10 il həbs cəzasına layiq biliblər.
"Əl Ərəbiyə"nin xəbərinə görə, verilə biləcək ən ağır cəzaya məhkum edilən Hamad Əl Nakinin vəkili məhkəmə qərarından şikayət edəcəklərini deyib.
Hamad Əl Naki həmçinin Səudiyyə ərəbistanı və Bahreyndəki rejimlərə təhqir etməkdə təqsirləndirilib.
3 ay əvvəl həbs olunan Naki, məhbus kimi mühakimə olunurdu.
Küveyt parlamenti ötən ay, dinlə əlaqədar ciddi cinayətlər törədənləri ölümə məhkum etməyə icazə verən qanunu qəbul edib, amma, ancaq qanun hələ qüvvəyə girməyib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs